Müdafiəçisini “Qəbələ” ilə oyuna saxlayıb? – Kipr klubu

22 İyul 2023 23:40 Qəbələ 848
Müdafiəçisini “Qəbələ” ilə oyuna saxlayıb? – Kipr klubu

“Omoniya”nın futbolçusu Nikolas Panagiotu Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə keçiriləcək oyuna görə Superkubok matçında iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi “Aris”ə 0:2 hesabı ilə məğlub olduqları görüşdə ehtiyatda qalıb.

Baş məşqçi Sofronis Avqusti 23 yaşlı oyunçunu “Qəbələ” ilə qarşılaşmaya saxladığını etiraf edib. Lakin Kipr millisinin üzvünün “qırmızı-qaralar”la görüşdə də iştirakı sual altındadır.

Çünki Panagiotu əməliyyatdan sonra hələ də oyunlarda meydana çıxmayıb. Mütəxəssis onunla bağlı qərarı oyun günü verəcəyini söyləyib.

“Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM