Yaya fasiləsində "Qəbələ"ni tərk edən futbolçulardan biri də qapıçı Səlahət Ağayev oldu.
Yalnız Kristof Atanqananın ümidinə qalan bölgə klubu bir müddətdir əcnəbi qapıçı axtarışların davam etdirirdi.
Lakin heç bir nəticə hasil olmayınca yerli qapıçı ilə danışıqlar bərpa olunub.
Söhbət daha əvvəl də keçidi müzakirə olunan "Şamaxı"ya məxsus Rəşad Əzizlidən gedir.
Danışıqların dondurulmasına səbəb adıçəkilən qapıçının zədəli olmasıydı.
Son anda hər hansı problem çıxmazsa Əzizli yeni mövsümə "qırmızı qaralar"da başlayacaq.
Xatırladaq ki, Rəşad Əzizli 2022/23 mövsümü 35 görüşdə "Şirlər"in qapısın qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ

