"Keyfiyyətli transferlər etmişik" – "Qəbələ"ni QORXUTDU

21 İyul 2023 12:40 Qəbələ 957
"Keyfiyyətli transferlər etmişik" – "Qəbələ"ni QORXUTDU

“Superkubokda “Aris”lə oyun “Qəbələ” ilə matça yaxşı sınaq olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu "Omoniya”nın futbolçusu Roman Bezus yerli mətbuata açıqlamasında deyib.

Kipr klubunun ukraynalı yarımmüdafiəçisi həm bu gün “Aris”ə qarşı keçiriləcək görüşə, həm də Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə baş tutacaq matça hazır olduqlarını söyləyib:

“Hər iki görüşə tam hazırıq. Yeni transferlərimiz də keyfiyyətli oyunçulardır.

“Aris” avrokuboklarda mübarizə apardığından, “Qəbələ” ilə oyunöncəsi onlarla qarşılaşmaq vacib məqamdır”.

“Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA