"Qəbələ" üçüncü yoxlama oyununu 3 qolla qazandı

19 İyul 2023 20:50 Qəbələ 900
"Qəbələ" üçüncü yoxlama oyununu 3 qolla qazandı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sonuncu yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Şimali Makedoniya təmsilçisi “Qostivar”la qarşılaşıb.

Matç Azərbaycan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Əyyub Allaş və Osama Xalayla (2) vurub.

Buna qədər Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” “Sukleya”ya (Moldova) 4:2 hesabı ilə qalib gəlib, “Orenburq”la (Rusiya) 1:1 hesablı heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA