“Qəbələ”ni tərk edən futbolçuların siyahısına 1 yeni ad əlavə olunub.
Əyalət təmsilçisi yarımmüdafiəçi Gülağa Əsədovla vidalaşıb.
Ölkə kubokunun yeni sahibi əsas millinin məşqçisi Arif Əsədovun 20 yaşlı oğlu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Beləcə, “Qəbələ”dən ayrılanların sayı 11-ə çatıb.
Daha öncə Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Rövlan Muradov, Felipe Santos, İsnik Alimi, Ruan Renato, Rafael Utziq, Rüfət Əhmədov düşərgədən gedib.
SPORTİNFO.AZ

