“Bundan sonra iki transfer də etmək istəyirik”.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında belə deyib.
Ölkə kubokunun sahibi yay transfer bazarının ən aktiv nümayəndələrindən biridir.iyunda 10-a yaxın futbolçusu ilə vidalaşmaq məcburiyyətində qalan “qırmızı-qaralar” gedənlərin yerini doldurmağa güc sərf edir.
Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla, Rauf Hüseynli və Bilel Auaşeriya yeni simalardandır.
Gənc mütəxəssisin bildirdiyinə görə, heyəti tezliklə komplektləşdirmək istəyirlər:
“Yeni gələnlər hələlik uyğunlaşma prosesi keçirlər. Getdikcə daha optimal duruma yaxinlaşacaqlar.
Ən əsası, onların adaptasiyası və oyun üslubumuza tez zamanda öyrəşmələridir. İndi qapıçı axrarışındayıq.
Yerli olsa, onunla müqavilə bağlayacağıq. Neçə vaxtdır bununü zərində düşünürük.
Hələlik konkret namizədimiz yoxdur. Ancaq ümidliyik ki, qarşıdakı günlərdə hansısa bir variant ortaya çıxacaq.
Olmasa, həmin mövqeyə əcnəbi götürəcəyik. Bir də hücumameylli vinger istəyirəm.
Orta sahənin bütün nöqtələrində yaxşi rəqabət yaratmaq lazımdır. Yeni gələnlərin hamısı izlədiyim və bəyəndiyim oyunçulardr.
Potensiallari var. Uyğunlaşma prosesini tez keçsələr, iddiali və rəqabətə davamlı kollektiv formalaşacaq”.

