"Qəbələ"nin oyununda 2 qol vuruldu - YENİLƏNİB

15 İyul 2023 21:45 Qəbələ 1 164
"Qəbələ"nin oyununda 2 qol vuruldu - YENİLƏNİB

Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Omoniya" Polşada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Kipr təmsilçisi Polşanın yüksək liqa klubu "Radomiak"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. "Omoniya"nın qollarını Kakullis, Koulibali, Kousoulos və Bezos vurub. Polşa klubunun heyətində isə Fabiano fərqlənib.

Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM