Dostu Musanı bu sözlərlə yola saldı: "Sənin üçün darıxacam" - FOTO

15 İyul 2023 23:20 Qəbələ 2 081
Dostu Musanı bu sözlərlə yola saldı: "Sənin üçün darıxacam" - FOTO

"Qəbələ"nin müdafiəçisi Rauf Hüseynli instaqram səhifəsində Musa Qurbanlı haqda paylaşım edib.

Sportinfo.az xəbər verir ki, “Yurqorden”in forvardı Musa Qurbanlı ilə yaxın dostluğu olan yığmamızın sabiq üzvü sosial şəbəkədə bunları yazıb:

"Uğurlar sənə qardaşım. Azərbaycanı və ailəni layiqincə təmsil edəcəyindən heç şübhəmiz yoxdur.

Yolun açıq olsun, inşallah daha böyük uğurlara nail olarsan. Sənin üçün darıxacam".

"Qarabağ"ın yetirməsi olan Hüseynli ötən mövsümü "Şamaxı"da keçirib. Bir neçə gün əvvəl isə o, "Qəbələ" ilə anlaşmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA