"Qəbələ" yeni transferin TƏQDİM ETDİ

14 İyul 2023 18:45 Qəbələ 1 063
"Qəbələ" yeni transferin TƏQDİM ETDİ

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib. 29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Futbolçu karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM