Klubu idarə edən şəxsin qoyduğu məhdudiyyət baş məşqçidə NARAZILIQ YARATDI

13 İyul 2023 14:00 Qəbələ 1 881
Klubu idarə edən şəxsin qoyduğu məhdudiyyət baş məşqçidə NARAZILIQ YARATDI

Ardıcıl ikinci il Konfrans Liqasında qüvvəsini sınayacaq “Qəbələ” transfer çalışmalarını davam etdirir.

Ölkə kubokunun sahibi son iki həftədə 1 yerli, 5 legioneri sıralarına qatıb.

"Qırmızı-qaralar” son olaraq Rauf Hüseynlinin keçidini gerçəkləşdirib. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

"Qəbələ" ondan əvvəl Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov və Osama Xalaylanı transfer edib.

Elmar Baxşıyev yeni gələnlərin hamısının keçidini baş menecer Nail Kərimovla razılaşdırıb. Burada ikinci uğurlu mövsümünü arxada qoyan çalışdırıcı artıq əvvəlki prinsiplərlə işləmir.

Kərimov ayrı-ayrı menecerlərin klubla işbirliyi qurmasına məhdudiyyət qoyub. İndi bu işləri o özü təkbaşına görür.

Odur ki, Baxşıyevin artıq geniş seçim etmək imkanı qalmayıb. Bu da baş məşqçi ilə beş menecer arasında ciddi narazılıq yaradıb.

Həmçinin Kərimovun müqaviləsinin uzadılamsını istədiyi əcnəbi futbolçuları razı sala bilməməsi Baxşıyevi ondan incik salıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA