2022/23 mövsümünü ölkə kubokunun qalibi kimi başa vuran "Qəbələ"də yay fasiləsi "yarpaq tökümü" ilə start götürdü.
Qısa müddətdə əsas heyətin özəyi sayılan Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Felipe Santos, İsnik Alimi, Ruan Renato, Rafael Utziq və ehtiyat qüvvə hesab olunan Andrey Strijak, Rövlan Muradov klubdan ayrıldı.
Rüfət Əhmədov isə "Kəpəz"ə icarəyə verildi.
Əvəzində region klubu Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla və Rauf Hüseynlini sıralarına qata bilib.
Amma baş məşqçi Elmar Baxşıyevin istəyi gələnlərlə bitmir. Təcrübəli mütəxəssis hazırkı heyətlə mübarizə aparmağın çətinliyini önə çəkərək ən azı daha 3 transferin baş tutmasını labüd hesab edir.
Söhbət qapı mövqeyi və hücumameylli iki legionerdən gedir.
Məşqçinin istəyinə uyğun olaraq rəsmilərin həmin mövqelər üzrə oyunçu axtarışları davam edir.
"Qəbələ" ölkəmizi Konfrans Liqasında təmsil edəcək. İkinci mərhələdən mübarizəyə qoşulacaq komandamızın rəqibi Kiprin "Omoniya" kollektividir.
XANOĞLAN / SPORTİNFO.AZ

