2023-24-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyə toplanışına start verib.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq prosesinin ilk gününü yekunlaşdırıb.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda günü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalda hazırlıq keçən futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər.
Meydanda keçirilən ikinci məşq toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.
Türkiyədəki təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək.

