“Qəbələ”nin daha bir...

11 İyul 2023 00:50 Qəbələ 1 141
“Qəbələ”nin daha bir...

“Qəbələ” 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək.

Komanda Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da keçiriləcək.

İlk iki qarşılaşmada "Qəbələ" Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək.

“Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.

“Qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM