Azərbaycan klubu bu transferdən İMTİNA ETDİ

10 İyul 2023 23:00 Qəbələ 1 831
Azərbaycan klubu bu transferdən İMTİNA ETDİ

Yaya fasiləsində "Qəbələ"ni tərk edən futbolçulardan biri də qapıçı Səlahət Ağayev oldu.

Bu səbəbdən hələki Kristof Atanqananın ümidinə qalan bölgə klubunda yeni qapıçı axtarışları davam edir.

"Qırmızı qaralar" son olaraq Rəşad Əzizli ilə təmasda olublar.

Amma ötən mövsümü "Şamaxı"da keçirən qolkiperlə anlaşmaq mümkün olmayıb.

Artıq tərəflər arasında danışıqlar tam dondurulub.

Konfrans Liqasında mübarizə aparacaq təmsilçimiz həmin mövqe üzrə axtarışların davam etdirir.

Xatırladaq ki, Rəşad Əzizli 2022/23 mövsümü 35 görüşdə "Şirlər"in qapısın qoruyub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA