"Qəbələ" Türkiyəyə yola düşdü, yeni transfer kənarda qaldı

10 İyul 2023 13:00 Qəbələ 1 431
"Qəbələ" Türkiyəyə yola düşdü, yeni transfer kənarda qaldı

"Qəbələ" Konfrans Liqasına hazırlıqlarının ilkin mərhələsini doğma rayonda başa vurub.

Elmar Baxşıyevin yetirmələri toplanışın ikinci mərhələsi üçün bu gün Türkiyəyə yola düşəcək.

Ölkə kubokunun son qalibi mövsümün sonu çox sayda futbolçu ilə yolları ayırıb, əvəzində Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalayla güclənməyi bacardı.

Amma adıçəkilən yeni transferlərin hamısı məşqlərdə iştirak etmir.

Belə ki, ötən mövsümü "Sabah"da keçirən Oçiqava ilk transferlərdən olsa da hələ hazırlığa qoşulmayıb.

Buna səbəb ukraynalı müdafiəçinin zədəli olmasıdır.

28 yaşlı arxa xətt oyunçusu yeni əməliyyat olunub.

Bakıda müalicəsin davam etdirən ukraynalı legioner Türkiyə toplanışına da aparılmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA