Karyerasına “Qarabağ”da başladı, “Qəbələ” ilə 1 illik müqavilə bağladı

9 İyul 2023 19:25 Qəbələ 2 047
Karyerasına “Qarabağ”da başladı, “Qəbələ” ilə  1 illik müqavilə bağladı

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Rauf Hüseynlinin keçidini gerçəkləşdirib.

23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Raufun son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib.

Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.

"Qəbələ" bundan əvvəl Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Avramov, Osama Xalaylanı transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM