“Təəssüf ki, şərtlər və istəklər üst-üstə düşmədi”

8 İyul 2023 20:40 Qəbələ 1 353
“Təəssüf ki, şərtlər və istəklər üst-üstə düşmədi”

"Qəbələ"dən ayrılan İsnik Alimi özünə yeni komanda tapıb.

Şimali makedoniyalı Rumıniyada oynayacaq.

Son iki mövsümü Azərbaycanda keçirmiş yarımmüdafiəçi bu ölkənin iddialı klublarından olan "Sepsi" ilə anlaşıb.

29 yaşlı balkanlı 2021-ci ildən "Qəbələ”də çıxış edirdi. İsnik Alimi ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, 9 qol vurub.

Alimi Sportinfo.az-a açıqlamasında Şimali Makedoniya mətbuatının onun Azərbaycandakı çıxışıyla daim maraqlandığını bildirib:

“Burada titullar qazanan makedoniyalı futbolçular var ki, onlar da çempionat haqda soruşurlar. Soruşan hər kəsə Azərbaycan haqda xoş sözlər deyirəm.

Çünki ölkənizdə futbol günü-gündən inkişaf edir. Çox istərdim ki, Azərbaycanda daha bir neçə il qalım.

Təəssüf ki, şərtlər və istəklər üst-üstə düşmədi. Artıq Rumıniyada mənim üçün hər şey yenidən başlayır”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM