“Mən qərarımı vermişdim - Qazansaydıq da, qazanmasaydıq da, gedəcəm”

8 İyul 2023 18:00 Qəbələ 2 089
“Mən qərarımı vermişdim - Qazansaydıq da, qazanmasaydıq da, gedəcəm”

“Hər kəsin müqaviləsi öz öhdəsindədir və qərar verən də özüdür”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında yaxınlarda “Qəbələ”dən ayrılan Rövlan Muradov deyib.

“Qırmızı-qaralar” son mövsümü uğurlu keçirdi. Premyer Liqada dprdüncü yeri tutdular, ölkə kubokunu qazandılar, beləcə, avrokuboklara vəsiqə əldə etdilər.

Amma… Mövsümlərarası fasilə başlayan kimi “yarpaq tökümü” gördük.

Əldə olunan nəticələr futbolçulara motivasiya vermədi, 10-ya yaxın fiqur düşərgə dəyişdi.

Niyə? Səbəb yalnız maliyyə şərtlərinin üst-üstə düşməməsidir?

“Sumqayıt”la 2 illik müqavilə imzalayan yarımmüdafiəçini dinləyək:

“Kimin hansı səbəbdən ayrılmasına şərh verə bilmərəm. Öz adımdan deyim, kuboku qazansaydıq da, qazanmasaydıq da, mən qərarımı vermişdim – gedəcəm!

Çünki oynamaq istəyirdim. İndi “Sumqayıt”dayam və yeni komandamın uğuru naminə əlimdən gələn hər şeyi edəcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA