"Qəbələ"ni bu kluba dəyişdi - RƏSMİ

7 İyul 2023 22:40 Qəbələ 1 420
"Qəbələ"ni bu kluba dəyişdi - RƏSMİ

"Qəbələ"dən ayrılan Rafael Utziqin yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Cənubi Koreyada davam etdirəcək.

26 yaşlı forvard II Liqada mübarizə aparan "Çunqam Asan"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Rafael Utziq 2020-ci ilin yayından "Qəbələ"də çıxış edirdi. O, bölgə təmsilçisinin heyətində meydana çıxdığı 94 rəsmi matçda 18 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA