Səlahət Ağayevlə müqavilənin müddətini uzada, Nicat Mehbalıyevi “Sabah“dan havayı ala bilməyən “Qəbələ” Rəşad Əzizli ilə anlaşıb.
Ötən mövsümü “Şamaxı”da keçirən qapıçı ölkə kubokunun yeni sahibi ilə müqavilə şərtlərini razılaşdırıb.
Maaş üstündə bir müddətdit danışıqları uzadan kiper 1 il “qırmızı-qaralar”ın formasını geyinəcək.
“Qəbələ” daha əvvəl Kristof Atanqana ilə müqaviləni yeniləyib. Kamerunlu qapıçı növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək.
Onunla sözləşmənin müddəti 2025-ci ilin yayına qədər artırılıb. Bu anlaşmaya əsasən, afrikalı legionerin əməkhaqqısı 500 dollar artırılıb.
Bilbao “Atletik“inin yetirməsi məvacibi indi 2500 dollar təşkil edir.
Atanqana başa çatan mövsümdə 6-sı Premyer Liqada, 4-ü ölkə kubokunda olmaqla, ümumilikdə, 10 qarşılaşmada şans qazanıb.
23 yaşlı "əlcək sahib" İspaniya vətəndaşlığı da daşıyır. Qoliper peşəkar karyerasını bu ölkənin klublarında keçirib.
Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo”nun formasını geyinib.
SPORTİNFO.AZ

