“Qəbələ”nin işini yüngülləşdirə biləcək problem

7 İyul 2023 09:00 Qəbələ 1 125
“Qəbələ”nin işini yüngülləşdirə biləcək problem

Kipr "Omoniya"sının aparıcı futbolçusu Paris Psaltis Azərbaycanda "Qəbələ"yə qarşı keçiriləcək Konfrans Liqasının ilk oyununu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, zədəsini sağaltdıqdan sonra bərpa presesi keçən 27 yaşlı müdafiəçinin "qırmızı-qaralar"la səfər matçında meydana çıxması sual altındadır.

Zədədən qayıdan digər arxa xətt oyunçusu Nikolas Panayotunun isə hər iki matçda çıxış etmək şansı kifayət qədər yüksək qiymətləndirilir.

"Qəbələ" "Omoniya"ya qarşı ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA