Nazirin oğlu bir milyonu verdi, 500 mini saxladı

6 İyul 2023 20:00 Qəbələ 6 548
Nazirin oğlu bir milyonu verdi, 500 mini saxladı

Fövqəladə hallar naziri Kəmalədiin Heydərovun ailə şirkəti olan “Gilan”ın gələn mövsüm üçün “Qəbələ”yə ayırdığı vəsait artıq bilinib.

Holdinq “qırmızı-qaralar”a 1 milyon manatlıq büdcə müəyyənləşdirib.

Halbuki “qırmızı-qaralar” klubun fəxri prezidenti Tale Heydərovdan daha səxavətli jest - əlavə olaraq 500 min manat gözləyirdi.

Londonda yaşayan nazir oğlu isə ondan umulan əliaçıqlığı etməyib.

Siqaret biznesi tənəzzülə uğrayandan bəri futbol sektoruna barmaqarası yanaşan T.Heydərov komandanı qazandığı son titul münasibətilə də təbrik etməyi lazım bilməyib.

Ölkə kubokunun fimalında “Neftçi”yə 1:0 hesabıyla qalib gələn kollektiv üzvləri onun bir telefon zənginə də həsrət qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM