100 minlik qapıçını 1 manata almaq istədilər, razılıq olmadı, söhbət bağlandı

6 İyul 2023 11:20 Qəbələ 1 498
100 minlik qapıçını 1 manata almaq istədilər, razılıq olmadı, söhbət bağlandı

Səlahət Ağayevin gedişinə mane ola bilməyən “Qəbələ” Nicat Mehbalıyevi “Sabah”dan ala bilməyib.

Əyalət təmsilçisi 1 il öncə icarə əsasında xidmətindən yararlandığı qapıçıya görə tələb olunan təzminatı ödəmək istəməyib.

Masazır təmsilçisi müqavilə ilə ona məxsus olan kiper üçün 100 min manat kompensasiya istəyib ki, ölkə kubokunun yeni sahibi də bu məbləği verməkdən boyun qaçırıb.

Danışıqları uzatmaqla güman ediblər ki, bəlkə “Sabah” tərəfi güzəştə gedə, planları baş tutmayıb.

Premyer Liqanın gümüş medalçısı qiymət məsələsində israrlı davranıb və Cannı De Byazinin bir ara milliyə dəvət etdiyi “əlcək sahibi”ni düşərgəsində saxlayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA