Doqquzuncu futbolçu da bu komandanı tərk etdi - Gedənlər

3 İyul 2023 13:20 Qəbələ 1 022
Doqquzuncu futbolçu da bu komandanı tərk etdi - Gedənlər

"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Rafael Utziqlə vidalaşıb.

27 yaşlı braziliyalı hücumçunun müqaviləsinin müddəti başa çatıb.

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.

Klub daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato ilə də yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM