"Hər məşqçi bahalı transferlər istəyər, "Qəbələ" isə… - VİDEO

1 İyul 2023 23:00 Qəbələ 1 103
"Hər məşqçi bahalı transferlər istəyər, "Qəbələ" isə… - VİDEO

«Çox uğurlu mövsüm keçirdilər və bundan sonra futbolçuların böyük əksəriyyəti dağılışdı.

İndi də yeni komanda qurmalıdırlar».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

Tanınmış telejurnalist ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qəbələ»də baş verən son yenilikləri şərh edib.

O, ölkə kubokunu qazanan komandanın heyətini qoruya bilməməsinə diqqət çəkib:

«Bir neçə yeni transfer ediblər və mən onları çox bəyənirəm. Elmar Baxşıyev həmişə dəqiq transferlər etməsiylə yadda qalan məşqçidir.

Sanki hansı futbolçunu istədiyini yaxşı bilir. Hər məşqçi bahalı transferlər istəyər.

«Qəbələ» isə imkanları daxilində ən yaxşı transferlər edən komandalardan olub. İndi də tələsmirlər, dəqiq transferlər etməyə çalışırlar».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA