Azərbaycan klubunda baxışdan keçdi, 1 illik müqaviləyə “xeyirli olsun“ dedi

1 İyul 2023 15:00 Qəbələ 3 514
Azərbaycan klubunda baxışdan keçdi, 1 illik müqaviləyə “xeyirli olsun“ dedi

“Kəpəz”dən nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya və “Sabah”dan ukraynalı müdafiəçi Zurab Ociqava ilə müqavilə imzalayan "Qəbələ" daha bir legioneri sıralarına qatıb.

"Eştoril"dən gələn Lukas Afriko bu gün Bakıda tibbi baxışdan keçib və müqavilə şərtlərini razılaşdırıb.

Braziliyalı mərkəz müdafiəçisi 1 illik anlaşmaya imza atıb.

"Eştoril" onu 2021-ci ilin yayında "Marítimo"dan transfer etmişdi.

28 yaşlı arxa xətt oyunçusu son mövsümdə Portuqaliyanın Premyer Liqa təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM