“Qəbələ“də oynamış fransız: “Omoniya”ya cüzi üstünlük verirəm“

1 İyul 2023 14:20 Qəbələ 1 036
“Qəbələ“də oynamış fransız: “Omoniya”ya cüzi üstünlük verirəm“

“Düşünürəm ki, yaxşı oyunlar olacaq“.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq legioneri Baqali Dabo deyib.

Kiprdə “Apollon”un formasını geyinmiş fransalı hücumçu bu ölkənin digər təmsilçisi “Omoniya”nın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan “Qəbələ”ni dəyərləndirib.

Dabo hər iki komandanın baş məşqçisi barədə müsbət fikirlər səsləndirib:

”Hər iki məşqçini – həm Sofroni Avqustini, həm də Elmar Baxşıyevi tanıyıram. Hər ikisinin baxımlı futbol oynatmağa böyük sevgisi var.

Ona görə də maraqlı matçlar olacağına inanıram. “Omoniya”ya cüzi üstünlük verirəm. Çünki son 3 ildə avrokubokların qruplarında çıxış edib”.

Baqali Dabo Azərbaycanda 2016-2018-ci illərdə “Qəbələ”nin, 2018-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

“Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, avqustun 3-də isə səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA