"Qəbələ"yə təqdim olundu

1 İyul 2023 08:30 Qəbələ 679
"Qəbələ"yə təqdim olundu

AFFA Gənclər Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub.

İlk üç yeri tutan komandalara müvafiq olaraq, bürünc (“Sabah”), gümüş (“Neftçi”) medallar və diplomlar, çempion “Qəbələ”yə isə kubok verilib.

Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

“Qəbələ”dən Sənan Ağalarov liqanın ən məhsuldar oyunçusu olub. Qəbələ komandasının digər üzvü Eşqin Əhmədov isə AFFA Gənclər Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM