“Qəbələ” Rusiyanın yüksək liqa klubu ilə “okey”ləşdi

28 İyun 2023 17:40 Qəbələ 1 759
“Qəbələ” Rusiyanın yüksək liqa klubu ilə “okey”ləşdi

“Qəbələ” Konfrans Liqasına hazırlığın əsas mərhələsini Türkiyədə keçəcək.

Bugünlərdə dogma məkanlarda təlim-məşq toplanışına start verən ölkə kubokunun sahibi iyulun 10-da qardaş ölkəyə yollanacaq.

“Qırmızı-qaralar” 10 gün ərzində Boluda məskunlaşacaq və bu müddətdə 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Artıq sparrinqlərdən biri də məlumdur. Premyer Liqanın bürünc medalçısı iyulun 19-da Rusiyadan “Orenburq”la üz-üzə gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM