Problemlərin içində itib-batmış klubda vəziyyət düzəlir: 2 legioner gəldi, 4-ü yol üstədir

27 İyun 2023 19:00 Qəbələ 1 623
Problemlərin içində itib-batmış klubda vəziyyət düzəlir: 2 legioner gəldi, 4-ü yol üstədir

Konfrans Liqasına hazırlaşan “Qəbələ” təlim-məşq toplanışına başlayıb.

Qəbələdə bir araya gələn kollektiv hələ ki, tam tərkibdə məşq etmir.

Əsasən yerli futbolçuların iştirak etdiyi çalışmalarda iki legioner gözə dəyir. Əyyub Allaşla Yaovi Akakpo ölkəmizə təşrif buyursalar da, digərləri yol üstədir.

Ötən mövsümkü heyətdən qalan Kristof Atanqana ilə Omar Hani, eləcə də yeni transferlər – Ahmed Ayzaya ilə Zurab Oçiqava yaxın 2-3 gün ərzində düşərgədə olacaq.

İsrailli Feras Abu Akal ağır zədə alıb uzun müddətə sıradan çıxdığından, hələ ki, məşqlərdə iştirak edə bilməyəcək.

Bölgə təmsilçisi hazırlıq prosesinin ilk mərhələsini iyulun 8-dək Qəbələdə keçib, toplanışın ikinci mərhələsində Türkiyəyə yola düşəcək.

“Qırmızı-qaralar” Boluda məskunlaşacaq və 2-3 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA