Konfrans Liqasına yollanacaq komanda 4 gənci baxışa çağırdı

27 İyun 2023 14:00 Qəbələ 1 563
Konfrans Liqasına yollanacaq komanda 4 gənci baxışa çağırdı

Konfrans Liqasında mübarizə aparacaq “Qəbələ” doğma məkanda hazırlıqlarını davam etdirir.

Klubun yetirməsi olan 4 gənc əsas komandaya cəlb olunub.

Bunlar Fərid İsgəndərov, Mehrac Baxşalı, Həbib Məmmədov və Xəyal Xudaverdiyevdir.

Əvəzedici heyətdən çağırılan cavanlar minimum iyulun 10-dək Baxşıyevin sərəncamında qalacaq.

Bu müddətdə özlərini məşqdə yaxşı tərəfdən göstərənlər Bolu toplanışına aparılacaq. Türkiyədə təşkil olunacaq hazırlıq prosesi 10 gün davam edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM