Azərbaycanın bu başından o başına - Ən ödənişli legioner olmadı

26 İyun 2023 19:00 Qəbələ 1 285
Azərbaycanın bu başından o başına - Ən ödənişli legioner olmadı

2023/2024 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" Zurab Oçiqavanın keçidini rəsmiləşdirib.

"Sabah"dan ayrılan 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Ukraynalı legioner Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.

Zurab yeni klubunda ən ödənişli legioner olmayacaq. Gürcüstan kökənli arxa xətt oyunçusu burada aylıq 8500 dollar əldə eləyəcək.

O, karyerası ərzində Ukraynada "Mariupol", Kiyev "Dinamo"su, "Olimpik", "Dnepr-1", "Vorskla" və Estoniyada "Levadiya"nın da şərəfini qoruyub.

Oçiqava Ukraynanın U-20 və U-21 milli komandalarında da forma geyinib.

“Qəbələ” bunadək Ahmed Ayzayanı heyətinə qatıb. “Qırmızı-qaralar” nigeriyalı yarımmüdafiəçiyə aylıq 9000 dollar maaş verəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA