"Qəbələ"dən ayrılan İsnik Alimi özünə yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, şimali makedoniyalı Rumıniyada oynayacaq.
Son iki mövsümü Azərbaycanda keçirmiş yarımmüdafiəçi bu ölkənin iddialı klublarından olan "Sepsi" ilə anlaşıb.
Aliminin adı "Neftçi" və "Zirə" ilə hallanırdı.
29 yaşlı balkanlı 2021-ci ildən "Qəbələ”də çıxış edirdi. İsnik Alimi ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, 9 qol vurub.

