Kiyev "Dinamo"sunun sabiq müdafiəçisi başqa bir Azərbaycan klubunda

25 İyun 2023 00:30 Qəbələ 1 072
Kiyev "Dinamo"sunun sabiq müdafiəçisi başqa bir Azərbaycan klubunda

2023/2024 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" "Sabah"dan ayrılan Zurab Oçiqavanın keçidini rəsmiləşdirib.

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ukraynalı legioner Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.

O, karyerası ərzində Ukraynada "Mariupol", Kiyev "Dinamo"su, "Olimpik", "Dnepr-1", "Vorskla" və Estoniyada "Levadiya"nın da şərəfini qoruyub.

Oçiqava Ukraynanın U-20 və U-21 milli komandalarında da forma geyinib.

“Qəbələ” bunadək "Kəpəz"dən nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzayanı heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA