“Qəbələ” bu gün – 9-u getdi, 2-si zədəlidir... Qalan 12 nəfər kimdir?

24 İyun 2023 20:40 Qəbələ 1 148
“Qəbələ” bu gün – 9-u getdi, 2-si zədəlidir... Qalan 12 nəfər kimdir?

“Qəbələ” klub tarixinin bəlkə də ən ağır dönəmini yaşayır.

Başa çatan mövsümdə ölkə kubokunu qazanan, ardıcıl iki mövsümdür avrokuboklarda iştirak etmək hüququna yiyələnən bölgə təmsilçisi aparıcı futbolçularını saxlaya bilmir.

İndiyə qədər 8 nəfər rəsmən kollektivi tərk edib: Səlahət Ağayev, Andrey Strijak, Məqsəd İsayev, Ruan Renato, İsnik Alimi/ Rövlan Muradov, Felipe Santos və Ramon Maçado.

Mövsümün sonuna yaxın çarpaz bağlarındakı qırıq üzündən yaşıl meydanlardan kənar qalan Feras Abu Akal “Qəbələ”də qalacaq. Amma bundan sonra azı 3-4 ay komandaya kömək edə bilməyəcək.

Bu o deməkdir ki, bölgə təmsilçisində hazırlığın ilk mərhələsində legionerlərdən Əyyub Allaş, Kristof Atanqana və Yaovi Akakpo iştirak edəcək. Hə, Omar Hani ilə də müqavilənin yeniləcəyi şübhə doğurmur.

Yerli futbolçulardan Ürfan Abbasov, İlkin Qırtımov, Murad Musayev, Emil Səfərov və Ülvi İsgəndərli ilə yeni sözləşmə imzalanıb. Asif Məmmədov daha 1 il yaşıl meydanlarda olmaq istəyir. Onunla da anlaşma imzalanacaq, amma zədəlidir.

Elməddin Sultanov, Rüfət Əhmədov, Hüseyn Mürsəlov və əlavə 1-2 gənc futbolçu “Qəbələ”nin yay toplanışında iştirak edəcək.

Nicat Mehbalıyevin məxsus olduğu “Sabah”la danışıqlar son mərhələyə çatıb. Son anda ortaya problem çıxmasa, Nicat da kollektivə qoşulacaq.

Siyahıdan da göründüyü kimi, 6 nəfər komandanı tərk edib, 3 nəfər də yol üstədir. Asif Məmmədovla Feras Abu Akal isə uzun müddətə sıradan çıxıb.

11 nəfərin yoxluğunda “Qəbələ” “Omoniya” ilə oyunlara 13-15 futbolçu ilə hazırlaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA