“Qəbələ”yə baxıram, əvvəlki gücündə deyil, büdcəsi aşağıdır”

24 İyun 2023 13:20 Qəbələ 930
“Qəbələ”yə baxıram, əvvəlki gücündə deyil, büdcəsi aşağıdır”

“Qəbələ”nin bəzi oyunlarına baxıram.

Bu komanda əvvəlki gücündə deyil”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq legioneri Baqali Dabo “24sports.com.cy” saytına müsahibəsində deyib.

Kiprdə “Apollon” klubunun formasını geyinmiş fransalı hücumçu bu ölkənin digər təmsilçisi “Omoniya”nın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan “Qəbələ”ni dəyərləndirib.

35 yaşlı forvard püşkatmanın nikosiyalılar üçün uğurlu olduğunu düşünmür: “Bu, “Omoniya” üçün ən yaxşı püşkatma deyil.

Çünki “Qəbələ” avrokubokların qrupuna qayıtmaq istəyən komandadır. Onların təsnifat mərhələlərini necə idarə etdiklərini bilirəm.

Bu matçlara çox diqqət yetirirlər. Düzdür, indi komandanın büdcəsi daha aşağıdır. Lakin bu, onların keyfiyyətsiz olması demək deyil”.

Baqali Dabo Azərbaycanda 2016-2018-ci illərdə “Qəbələ”nin, 2018-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

“Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, avqustun 3-də isə səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM