Ən çox pulu “Qəbələ” verdi – Azərbaycanda klubları “əlcək” kimi dəyişən legionerə: FOTO

24 İyun 2023 09:40 Qəbələ 2 536
Ən çox pulu “Qəbələ” verdi – Azərbaycanda klubları “əlcək” kimi dəyişən legionerə: FOTO

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirdi.

“Qırmızı-qaralar” Ahmed Ayzaya heyətinə qatdı.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalandı.

Konfrans Liqasında qüvvəsini sınayacaq əyalət təmsilçisi afrikalıya az pul ödəməyəcək. Belə ki, Ayzaya yeni klubunda aylıq 9000 dollar əməkhaqqı alacaq.

Bu isə onun Azərbaycanda əvvəl şərəfini qoruduğu komandalarda qazandığı vəsaitdən xeyli çoxdur.

Nigeriyalı legioner ötən mövsüm Misli Premyer Liqasında çıxış edən “Kəpəz”in formasını geyinib.

Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA