Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.
Burada “Qəbələ”nin rəqibi müəyyənləşib.
“Qırmızı-qaralar” Kiprdən “Omoniya” ilə üz-üzə gələcək.
Elmar Baxşıyevin çalışdırdığı komanda ilk matçı evdə keçirəcək. II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 27-də və avqustun 3-də baş tutacaq.
“Sportinfo TV“nin şef-redaktoru İlkin Fikrətoğlu ölkə kubokunun yeni qalibinin avrokuboklardakı şanslarını dəyərləndirib.
Tanınmış telejurnalist bildirib ki, maliyyə çətinliyi əyalət klubunun başının üstündə qara buludlar əmələ gətirib, düşərgə sürətlə boşalmaqdadır.
O, artıq ödəmə tələb edən və komandadan ayrılan futbolçuların sayının 8-ə çatdığını söyləyib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

