"Azərbaycan macəram başa çatdı" - Bu sözlərlə sağollaşdı

21 İyun 2023 03:40 Qəbələ 897
"Azərbaycan macəram başa çatdı" - Bu sözlərlə sağollaşdı

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Qəbələ"də növbəti ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, Felipe Santos "qırmızı-qaralar"ı tərk edib.

Braziliyalı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Azərbaycan macəram başa çatdı. İki mövsümü inanılmaz keçirdim.

Ötən mövsüm 13 qol, 20 məhsuldar ötürmə ilə oynadım, ölkə kubokunun qızıl medalını qazandım".

Felipe Santos 2022-ci ilin yayından "Qəbələ"də çıxış edirdi. 26 yaşlı futbolçu bölgə klubunun heyətində meydana çıxdığı 43 rəsmi matçda 6 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

O, ölkəmizdə daha əvvəl "Şamaxı"da da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM