Azərbaycanlı futbolçu: "Artıq böyümüşəm, evdən getmək vaxtıdır"

21 İyun 2023 01:10 Qəbələ 862
Azərbaycanlı futbolçu: "Artıq böyümüşəm, evdən getmək vaxtıdır"

"Artıq böyümüşəm və evdən getmək vaxtıdır".

Sportinfo.az xəbər verir ki,bunu "Qəbələ"dən ayrılan azərbaycanlı futbolçu Rövlan Muradov sosial şəbəkə hesabında yazıb.

25 yaşlı yarımmüdafiəçi karyerasını növbəti pilləyə daşımaq istədiyini bildirib:

"Daha da inkişaf etmək, yeni uğurlarımla sizi sevindirmək üçün sevimli komandamı tərk edirəm.

Bu yolda mənə dəstək olan rəhbərliyə, klub prezidenti Fariz Nəcəfova, baş menecer Nail Kərimova, mənə hər zaman güvənən baş məşqçimiz Elmar Baxşıyevə, komanda yoldaşlarıma və azarkeşlərimizə dərin minnətdarlığımı bildirirəm".

Muradov karyerasının gözəl və mənalı günlərinin "qırmızı-qaralar"da keçdiyini vurğulayıb:

"U-15 komandasından başlayaraq bütün məşqçilər heyətinə təşəkkür edirəm.

Peşəkar oyunçu kimi yetişməyimdə Qəbələ futbol klubunun danılmaz əməyi var. Yaxşı ki, yolum "Qəbələ"dən keçdi. Görüşənədək".

"Qəbələ"nin yetirməsi olan Rövlan Muradov 2017-ci ildən əsas komandadadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA