Azərbaycan klubunda daha 2 vida – Biri yerli, biri əcnəbi

20 İyun 2023 13:20 Qəbələ 762
Azərbaycan klubunda daha 2 vida – Biri yerli, biri əcnəbi

"Qəbələ" daha iki futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az "qırmızı-qaralar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçilər Rövlan Muradov və Felipe Santosla müqavilələrin müddəti başa çatıb.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub. Ötən ilin yayından “Qəbələ”nin şərəfini qoruyan braziliyalı legioner 43 matçda 6 dəfə fərqlənib.

Əyyalət təmsilçisi daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak və Səlahət Ağayevlə də vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA