Əməkhaqqısı vur-tut 500 dollar artırıldı - İspaniyadan gələnin

18 İyun 2023 19:00 Qəbələ 1 390
Əməkhaqqısı vur-tut 500 dollar artırıldı - İspaniyadan gələnin

“Qəbələ” bugünlərdə Kristof Atanqana ilə müqaviləni yenilədi.

Kamerunlu qapıçı növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək.

Onunla sözləşmənin müddəti 2025-ci ilin yayına qədər artırılıb.

Bu anlaşmaya əsasən, afrikalı legionerin əməkhaqqısı 500 dollar artırılıb. Bilbao “Atletik“inin yetirməsi məvacibi indi 2500 dollar təşkil edir.

Atanqana başa çatan mövsümdə 6-sı Premyer Liqada, 4-ü ölkə kubokunda olmaqla, ümumilikdə, 10 qarşılaşmada şans qazanıb.

23 yaşlı "əlcək sahib" İspaniya vətəndaşlığı da daşıyır. Qoliper peşəkar karyerasını bu ölkənin klublarında keçirib.

Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo”nun formasını geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA