Məndən əlinizi üzün, qayıtmaq fikrim yoxdur – VİDA ZƏNGİ

17 İyun 2023 18:00 Qəbələ 5 606
Məndən əlinizi üzün, qayıtmaq fikrim yoxdur – VİDA ZƏNGİ

Felipe Santos “Qəbələ” rəhbərliyini gələcək karyerası ilə bağlı xəbərdar edib.

“Qırmızı-qaralar”ın ötən ilin yayında “Şamaxı”dan sıralarına qatdığı braziliyalı legioner Azərbaycana dönməyə hazırlaşmadığını açıqlayıb.

Vinger Avropa və Asiyadan bir neçə klubla danışıqlar apardığını, onların daha yaxşı maliyyə şərtləri irəli sürdüyünü diqqətə çatdırıb.

Bugünlərə kimi “Qəbələ”dən illik 180 min dollar tələb edən “sambaçı” artıq bu rəqəmə də razı deyil, daha çox qazanc istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM