"Qəbələ"nin B VARİANTI

16 İyun 2023 20:20 Qəbələ 1 342
"Qəbələ"nin B VARİANTI

"Qəbələ"nin 2023/24 mövsümünə hazırlıq planı müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" iyunun 24-də Qəbələdə bir araya gələcək.

İyulun 8-dək davam edəcək hazırlıq prosesinin ilk mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

"Qəbələ" toplanışın ikinci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Komanda Boluda məskunlaşacaq.

Qonşu ölkədə üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.

"Qəbələ"nin Türkiyə toplanışının müddəti Konfrans Liqasının II təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək.

Əgər “qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq.

Avrokubok mövsümü ev matçı ilə başlasa, "Qəbələ" iyulun 20-də vətənə qayıdacaq və hazırlıqları ölkəmizdə yekunlaşdıracaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM