“Qəbələ”: Bu da bilindi

15 İyun 2023 21:20 Qəbələ 1 206
“Qəbələ”: Bu da bilindi

Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək “Qəbələ”nin yay hazırlıq planına aydınlıq gəlib.

"Qırmızı-qaralar” iyunun 23-də doğma şəhərdə bir araya gələcək.

Qəbələdə nəzərdə tutulan toplanış iki həftəni əhatə edəcək. İlkin mərhələdə məqsəd istirahət dönəmindən sonra fiziki durumu qaydasına salmaq, taktiki-texniki təmrinlər üzərində çalışmaqdır.

İki həftəlik proses başa çatandan sonra komanda üzvlərinə 2-3 günlük dincəlmək imkanı yaradılacaq. Ardınca Türkiyə toplanışına start veriləcək.

“Qəbələ” iyulun 10-na kimi Bakıdan Boluya yollanıb, 10 gün ərzində orada qalacaq.

Bu müddətdə 2-3 yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Lakin hələ ki, matçların keçiriləcəyi tarixlərə və rəqiblərin adına aydınlıq gəlməyib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA