İki kluba da eyni məbləği “oxudu”, “Avropaya gedirəm” söylədi

15 İyun 2023 16:00 Qəbələ 2 524
İki kluba da eyni məbləği “oxudu”, “Avropaya gedirəm” söylədi

Son iki mövsümdə “Qəbələ”nin formasını geyinmiş İsnik Alimi Avropa ölkələrinin birindən təklif alıb.

Şimalı makedoniyalı bu səbəbdən “qırmızı-qaralar”ın yeni müqavilə şərtləri ilə razılaşmayıb. İ

llik 180 min dollar tələb edən balkanlı legionerdən artıq “Zirə” də əlini üzüb. Qəsəbə klubu qiymətdə güzəştə getməyən Aliminin meneceri ilə danışıqları dayandırıb.

“Qəbələ” isə hələ inadını davam etdirməkdədir. Ölkə kubokunun yeni sahibi makedonun fikrini dəyişəcəyinə və burada qalacağına inanır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA