Avrokubok yolçusu daha iki futbolçu ilə ANLAŞDI

14 İyun 2023 22:40 Qəbələ 1 180
Avrokubok yolçusu daha iki futbolçu ilə ANLAŞDI

"Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti 2 mövsümdə də “qırmızı-qara” formanı geyinəcək.

Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb. Ülvi komandanın heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana “qırmızı-qara” forma ilə 15 matça çıxıb.

"Qəbələ” bunadək daha dörd futbolçusu - İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaları da yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM