“Qəbələ” bu günü həvəslə gözləyir: “Məlumat veriləcək”

15 İyun 2023 17:00 Qəbələ 28 662
“Qəbələ” bu günü həvəslə gözləyir: “Məlumat veriləcək”

Qəbələli azarkeşlərin gözləri yoldadır.

Sarı-qırmızı rənglərə könül verənlər kuboku görmək üçün səbrsizlənir.

İyunun 3-də “Qəbələ” həlledici qarşılaşmada “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib, kubokun sonuncu qalibi adını qazandı.

Lakin matç Bakıda keçirildiyindən, heç də bütün qəbələlilərin möhtəşəm gecəni canlı görə bilmədi.

İndi onların arzusu kubokun Qəbələyə aparılması, hansısa formada tədbirin təşkil olunmasıdır.

Klubun mətbuat katibi Anar Hacıyevlə söhbətdə sözügedən məsələylə bağlı son məlumatı öyrəndik:

“Dediyiniz mövzunun qısa müzakirəsi olub. Düşünmək, qərar vermək üçün bir az vaxtımız var.

İlk növbədə komanda Qəbələdə hazırlığa başlamalıdır. Bildiyiniz kimi, toplanışın ilk mərhələsi burada olacaq.

Həmin hazırlıq mərhələsində hansısa formada kubok təqdimatı gözlənilir. Lakin detallı bilgi verə bilməyəcəyəm.

Çünki, bu barədə detallı danışmamışıq. Necə olacaq, hansı formatda – qarşıdakı günlərdə bütün suallara aydınlıq gələcək.

Yay təlim-məşq toplanışının cədvəli bilinən kimi bu barədə məlumat veriləcək”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA