"Qəbələ"nin yay fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi məlum olub.
Bu, "Kəpəz"in yarımmüdafiəçisi Ahmed Ayzayadır.
Nigeriyalı orta xətt oyunçusu daha əvvəl ölkəmizdə "Zirə"də çıxış edib.
Paytaxt təmsilçisinin formasında 13 görüşə 1 qol, 3 asistlə yadda qalan legioner Rəşad Sadıqova lazım olmayınca ötən yay Gəncə klubuna keçib.
Onun bölgədə performansı kifayət qədər yaxşı alındı demək olar.
Qısa müddətdə "Kəpəz"in əsas fiqurlarından birinə çevrilən Ayzaya 2022/23 mövsümündə 35 görüş keçirməyi bacardı.
O, bu matçlarda 4 qol, 2 qol ötürməsi ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

