"Neftçi"nin rəhbərliyi "Qəbələ"nin büdcəsinə, baş məşqçisinə baxıb utanmalıdır".
Bu sözlər “Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Onun fikrincə, bölgə təmsilçisinin rəhbərliyi və idaretmə tərzi əksər həmkarlarına nümunədir:
“Tale Heydərov klub prezidentliyindən gedəndə postunu Fariz Nəcəfova etibar etdi.
Karate üzrə keçmiş Avropa və dünya çempionu isə “futbolda mütləq futbol adamları işləməlidir” fikrinin boş bir deyim olduğunu öz fəaliyyəti ilə sübut etdi.
Vicdan və bacarıq varsa, başqa söhbətə ehtiyac yoxdur.
Nəcəfov klubun idarəçiliyində Nail Kərimovla Səbuhi Qarayevə, onlar da əsas komandanın baş məşqçi postunda Elmar Baxşıyevə güvəndi. Və bu qarşılıqlı etimad özünü lazımınca doğrultdu”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

